Ey şah, bu dünyaya özün pənahsan,
Sən bir şah deyilsən, bəlkə min şahsan.
İkinci Cəmşidsən taxt almaqda sən,
Birinci günəşsən misilsizlikdən.
Keyqubad görkəmli Şahi-Şirvansan,
Əbülmüzəffərsən, böyük xaqansan.
Yalnız Şirvan deyil, dünya şahısan,
İkinci Keyxosrov, ey şah Axsitan.
Sən, ey padişahlıq bürcünün sonu,
Dünya çox görməsin şah olduğunu.
İnsanlıq fəxr edir adınla hər dəm,
Səndən abad olmuş bu iki aləm.
Dəniz çeşməsisən, calalın vardır,
Sənin böyüklüyün - apaşikardır.
Mübarək başını, ey fəxri-cahan,
Fələkdən yuxarı tutduğun zaman.
Şadlıqla, nəşəylə xəyalata get,
Bu gözəl dastanı mütaliə et!
Bu fikir qızının gözəlliyindən
Xəzinə aparıb, murada yet sən.