Viki
Viki (ing. Wiki, i/ˈwɪki/, WIK-ee) — veb-brauzerdən istifadə edərək öz auditoriyası tərəfindən birgə redaktə edilən və idarə olunan onlayn hipermətn publikasiya. Tipik bir viki layihənin mövzuları və ya əhatə dairəsi üçün çoxlu səhifələrdən ibarətdir. Bu, ictimaiyyət üçün açıq ola bilər və ya daxili məlumat bazasını saxlamaq üçün təşkilat daxilində istifadə edilə bilər.
Yüz minlərlə, həm ictimai, həm də özəl vikilər, o cümlədən biliklərin idarə edilməsi resursları, qeydlər aparan alətlər, icma vebsaytları və intranetlər kimi fəaliyyət göstərən vikilər istifadə olunur. İlk viki proqram təminatı olan VikiVikiVebin yaradıcısı Vard Kanninqem vikini "işlənə biləcək ən sadə onlayn verilənlər bazası" kimi təsvir etmişdi.[1] "Wiki" "sürətli" mənasını verən Havay sözüdür.[2][3][4]
Vikilər başqa cür viki mühərrikləri kimi tanınan viki proqram təminatı ilə aktivləşdirilir. Bu, məzmun idarəetmə sisteminin bir forması olan viki mühərriki bloq proqramı kimi digər veb-əsaslı sistemlərdən məzmunun heç bir müəyyən edilmiş sahibi olmadan yaradılması ilə fərqlənir. Vikilərin özünəməxsus strukturu azdır və bu, strukturun müvafiq və istifadəçilərin ehtiyaclarına uyğun olaraq ortaya çıxmasına imkan verir.[5] Viki mühərrikləri adətən məzmunu sadələşdirilmiş işarələmə dilindən istifadə edilməklə yazmağa və bəzən zəngin mətn redaktorunun köməyi ilə redaktə etməyə imkan verir.[6] Həm müstəqil, həm də səhv izləmə sistemləri kimi digər proqram təminatının bir hissəsi olan onlarla müxtəlif viki mühərrikləri istifadə olunur. Bəzi viki mühərrikləri azad və açıq mənbəlidir, digərləri isə sahiblidir. Bəziləri müxtəlif funksiyalar üzərində nəzarətə icazə verir (giriş səviyyələri). Məsələn, redaktə hüquqları məzmunun dəyişdirilməsinə, əlavə edilməsinə və ya silinməsinə icazə verə bilər. Digərləri giriş nəzarətini tətbiq etmədən girişə icazə verə bilər. Məzmunu təşkil etmək üçün əlavə qaydalar tətbiq oluna bilər.
Onlayn ensiklopediya layihəsi Vikipediya ən məşhur viki-əsaslı vebsaytdır. Bu, 2007-ci ildən bəri daim ilk iyirmiliyə daxil olmuş və dünyada ən çox baxılan saytlardan biridir.[7] Vikipediya tək bir viki deyil, hər biri müəyyən bir dilə aid olan yüzlərlə vikidən ibarət topludur. İngiliscə Vikipediya ən böyük məqalə kolleksiyasına malikdir. 2023-cü ilin iyulunda olan məlumata görə, burada 6 milyondan çox məqalə var.
Etimologiyası
[redaktə | vikimətni redaktə et]Havay adalarında yerli dildə "daha tez" deməkdir.[8]
Tarixi
[redaktə | vikimətni redaktə et]Viki konsepsiyası ilk dəfə 25 mart 1995-ci ildə ABŞ-nin Oreqon ştatının Portlend şəhərində yaşayan Vord Kenninqem (Ward Cunningham) tərəfindən işlənmiş və veb-səhifələrin idarəsi, birbaşa veb brauzerdən (veb səyyahdan) redaktə olunması üçün nəzərdə tutulmuşdur. Honolulu aeroportunda sərnişinləri avtobuslara çağıran sürücülərin "viki-viki" deyə adamları tələsdirmələri ezamiyyətini orada keçirən Kenniqemin nəzərindən qaçmamış və yaratdığı texnologiyanı "Viki texnologiyası" adlandırmaq qərarına gəlmişdir. Bunun üçün o əvvəlcə Apple Hypercad proqramından istifadə etmişdir. Hər dəfə səhifələrdəki mətn redaktə olunarkən, bütün versiyaların xüsusi verilənlər bazasında (VB) saxlanılması proqramın əsas funksiyasını təşkil edir. Belə ki, istənilən versiyanın VB-dan çağırılaraq yenidən tez bir zamanda veb-səhifədə bərpa olunması Viki texnologiyasının əsas prinsipidir.
Əhəmiyyəti
[redaktə | vikimətni redaktə et]İnternetin əsasını qoyarkən mütəxəssislər "qlobal biliklər bazası" və ya "kollektiv bilik" əldə etmək arzusunda idilər. Lakin bunun əvəzinə bu gün İnternet qlobal xaosa çevrilmişdir. Odur ki, onlayn rejimində istifadəçinin lazım olan informasiya əldə etməsi və operativ dəyişdirməsi bu gün virtual məkanda ən aktual problemdir. Bu problemi həll etmək üçün mütəxəssislər şəbəkədə yeni-yeni layihələr, texnologiyalar yaratmaqdadırlar: çat, veb-forum, bloq. Bu texnologiyalar informasiya mübadiləsi aparmağa imkan versə də, onlardan heç biri ilə mükəmməl sayt yaratmaq mümkün deyildir. Yeni texnologialardan biri olan Viki texnologiyası isə bu problemlərin öhdəsindən uğurla gəlir.
Mahiyyəti
[redaktə | vikimətni redaktə et]"Viki texnologiyaları" dedikdə "sürətli düzəliş texnologiyaları" başa düşülür. Bəzən Viki texnologiyalarını "canlı sənədlər texnologiyaları" da adlandırırlar. Bir çox istifadəçilər "Wiki" sözünün "what I know is" ifadəsindən alındığını hesab edirlər ki, bunun da mənası "mən nə bilirəm" mənasını verir. Bu ifadə Viki texnologiyalarının mənasını təyin edir: hər hansı biliyə malik olan istifadəçi, informasiyanı veb-saytda çap etməklə bu biliyi başqaları ilə bölüşdürür.
Viki texnologiyası İnternet istifadəçisinin veb-saytlarla qarşılıqlı əlaqəsini, İnternetdən çıxmadan səhifənin dəyişdirilməsini, informasiyaların strukturlaşdırılmasını, redaktə olunmasını nəzərdə tutur. Viki texnologiyası virtual məkanda müzakirələr aparmaq, VB, faylların saxlandığı anbar yaratmaq, poçt sistemi, əməkdaşlıq üçün alətdir.
Viki texnologiyasını təyin edən əsas şərtlər:
- veb-səhifələrdəki informasiyaların veb-brauzerdə birbaşa dəyişdirilmə imkanının olması və bütün versiyalarin serverdə yadda saxlanılması;
- hiperistinadların generasiyasının avtomatlaşdırılması və veb-səhifələr arasında onların aktuallığının dəstəklənməsi;
- mətnlər üçün HTML dili əvəzinə ona oxşar, lakin daha sadə dilin istifadə edilməsi;
- düzəlişlər tarixçəsinin olması – viki-məqalələrin yarandığı andan başlayaraq istənilən dəyişikliyə baxmaq və bərpa etmək imkanının olması;
- hər kəs tərəfindən veb-məqalələrin redaktə oluna bilməsi.
Viki ensiklopediyalar
[redaktə | vikimətni redaktə et]Məqalələrin istifadəçilər tərəfindən idarə oluna bilməsi ideyası müxtəlif onlayn ensiklopediyaların yaradılması üçün çox uyğundur. İnternetdə Viki texnologiyası ilə işləyən müxtəlif ensiklopediyalar mövcuddur:
- Wikipedia — Hamıya açıq pulsuz virtual ensiklopediya;
- Absurdopediya Arxivləşdirilib 2008-05-17 at the Wayback Machine — "Ensiklopediya Absurd" – məqalələrdəki informasiyalar təhrif olunmuş, parodiyalar şəklindədirlər;
- Everything2 — İnsan biliyinin bütün sahələrindən informasiyaları toplayan veb-sayt və onlayn cəmiyyətdir;
- Vikibilik — BSD (Berkeley Software Distribution) lisenziya ilə işləyən onlayn ensiklopediyadır. Ensiklopediya rus dilindədir;
- Scholarpedia — Ensiklopediyaya yalnız elmi məqalələrin daxil edilməsinə icazə verilir;
- Encarta Arxivləşdirilib 2009-10-31 at the Wayback Machine — Kompüterin multimedia komponentlərindən istifadə edən ilk elektron ensiklopediyadır;
- Citizendium Arxivləşdirilib 2011-10-13 at the Wayback Machine — İstifadəçilər tərəfindən daxil edilmiş məqalələr mütəxəssislər tərəfindən yoxlanılır;
- Open Encyclopedia Project — İstifadəçilər arasında "Open-Site" adlanan bu ensiklopediya könüllülər tərəfindən zənginləşdirilir;
- Intellipediya — Viki texnologiyası əsasında işləyən bağlı ensiklopediyadır. ABŞ-nın 16 xüsusi xidmət orqanlarını birləşdirir;
- Wookieepedia — fantastika filmlərinin onlayn ensiklopediyasıdır.
Texniki şərtlər
[redaktə | vikimətni redaktə et]Viki texnologiyası ilə yaradılan veb-səhifələrə riyazi düsturların daxil edilməsi üçün serverə LaTeX, Dvips və ImageMagick proqram paketlərinin daxil edilməsi vacibdir. Nəzərə almaq lazımdır ki, PHP 4.0 proqramı ilə yalnız Media Wiki 1.6.8 sistemini işlətmək mümkündür. VB serverinin daha rahat idarə olunması üçün PHP MyAdmin (MySQL) və ya PHP PgAdmin (Postgres) proqramlarından istifadə edilir.
Populyarlığı
[redaktə | vikimətni redaktə et]Son zamanlar İnternet qlobal şəbəkəsində Viki çox populyar anlayış olmuşdur. Təsadüfi deyildir ki, 2007-ci ildə wiki.com domen adı 3 mln. dollara satılmışdır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Cunningham, Ward. "What is a Wiki". WikiWikiWeb. June 27, 2002. April 16, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 10, 2008.
- ↑ "Hawaiian Words; Hawaiian to English". mauimapp.com. September 14, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 19, 2008.
- ↑ Hasan, Heather, Wikipedia, 3.5 million articles and counting, New York : Rosen Central, 2012, səh. 11, ISBN 9781448855575, October 26, 2019 tarixində arxivləşdirilib, İstifadə tarixi: August 6, 2019
- ↑ Andrews, Lorrin, A dictionary of the Hawaiian language to which is appended an English-Hawaiian vocabulary and a chronological table of remarkable events, Henry M. Whitney, 1865, səh. 514, August 15, 2014 tarixində arxivləşdirilib, İstifadə tarixi: June 1, 2014
- ↑ Mitchell, Scott, Easy Wiki Hosting, Scott Hanselman's blog, and Snagging Screens, MSDN Magazine, July 2008, March 16, 2010 tarixində arxivləşdirilib, İstifadə tarixi: March 9, 2010
- ↑ wiki // Encyclopædia Britannica, 1, London: Encyclopædia Britannica, Inc., 2007, April 24, 2008 tarixində arxivləşdirilib, İstifadə tarixi: April 10, 2008
- ↑ "Alexa Top Sites". March 2, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 1, 2016.
- ↑ "15 Yanvar - Beynəlxalq Vikipediya Günüdür - AZƏRTAC". 2022-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-28.
Əlavə ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Ebersbach, Anja, Wiki: Web Collaboration, Springer Science+Business Media, 2008, ISBN 978-3-540-35150-4
- Mader, Stewart, Wikipatterns, John Wiley & Sons, December 10, 2007, ISBN 978-0-470-22362-8
- Tapscott, Don, Wikinomics: How Mass Collaboration Changes Everything, Portfolio Hardcover, April 17, 2008, ISBN 978-1-59184-193-7
- R. M. Əliquliyev, İ. Y. Ələkbərova, R. T. Qasımova. "Kollektiv beyin və Viki texnologiyası". "IT Magazine" (İnformasiya-Kommunikasiya Texnologiyaları Jurnalı), 02(53)-2008, səh. 5–7.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Exploring with Wiki, an interview with Ward Cunningham by Bill Verners
- Murphy, Paula (April 2006). Topsy-turvy World of Wiki. University of California.
- Ward Cunningham's correspondence with etymologists
- WikiIndex and WikiApiary, directories of wikis
- WikiMatrix, a website for comparing wiki software and hosts