İsim
İsim — Əşyanın adını bildirən nitq hissəsidir. Kim? nə? hara? suallarından birinə cavab verir. İsmin 6 halı var: adlıq hal, yiyəlik hal, yönlük hal, təsirlik hal, yerlik hal və çıxışlıq hal. İsim hallanır, cəmlənir, mənsubiyyətə görə isimlər dəyişə bilir, tək və cəm olur, konkret və mücərrəd olur, şəxs şəkilçisi qəbul edə bilir. Lüğət tərkibindəki sözlərin çoxunu isimlər təşkil edir. İsim əsas nitq hissəsidir.
Konkret və mücərrəd isimlər
[redaktə | vikimətni redaktə et]Gözlə görülməsi və əl ilə toxunulması mümkün olan, obyektiv aləmdə, fəzada müəyyən yer tutan əşyaların adını bildirən sözlər konkret isimlər adlanır. Məsələn, kitab, kağız, ot, süd, daş,günəş, ağac, stol, stul, və s[1].
Gözlə görülməyən, toxunulması mümkün olmayan, təsəvvür olunan məfhum və anlayışların adını bildirən sözlər mücərrəd isimlər adlanır. Mücərrəd isimlər yalnız nə? sualına cavab verir. Məsələn, xəyal, arzu, fikir, müəllimlik, düşüncə,gözəllik və s. Hava, külək kimi isimlər konkret isim hesab olunur. Analıq, atalıq, bacılıq və s. isimləri həm konkret, həm də mücərrəddir. Məs:analıq hissi deyəndə mücərrəd, analığım gəldi dedikdə isə konkret hesab olunur[1].
İsmin quruluşca növləri
[redaktə | vikimətni redaktə et]Sadə isimlər
[redaktə | vikimətni redaktə et]Sadə isimlər bir kökdən ibarət olur. İsimlərin, eləcə də sadə isimlərin qrammatik şəkilçilər qəbul edərək dəyişməsi onların quruluşuna təsir etmir.
Düzəltmə isimlər
[redaktə | vikimətni redaktə et]Düzəltmə isimlər söz düzəldici (leksik) şəkilçilər vasitəsi ilə düzəlir. İsim düzəldən şəkilçilər 4 cür olur.
İsimdən isim düzəldən | Feildən isim düzəldən | Sifətdən isim düzəldən | Saydan isim düzələn |
---|---|---|---|
çı4 | ış4 | lıq4 | lıq4
ıq4 |
lıq4 | ki4 | ||
ıstan4 | ıq4 | ||
ça2 | ıcı4 |
Adlardan isim düzəldən şəkilçilər:
[redaktə | vikimətni redaktə et]-çı4: pambıqçı, dəmirçi balıqçı və s.
-lıq4: atalıq, yaxşılıq, düzənlik, dostluq və s.
-lı4: Rəhimli, Mahmudlu, və s.
-ça²: bağça, kitabça.
-cıq4: evcik, qulaqcıq.
-cığaz4: qızcığaz, gəlinciyəz, quşcuğaz və s.
-gil: dostumgil, bibimgil.
-i, -vi: Şirvani, Şirazi, Gəncəvi və s.
-ov, -ova, -yev, -yeva: Hüseynov, Hüseynova, Əliyev, Əliyeva.
-zadə: Abbaszadə, Əhmədzadə.
-anaq: Tozanaq.
-daş: yoldaş, sirdaş.
-stan (-ıstan4): Gürcüstan, gülüstan.
-xana: xəstəxana, kitabxana.
-at2: məlumat, təbliğat, mühacirət və s.
-dar: anbardar.
-dan: qənddan, güldan.
-laq: qışlaq, buzlaq.
-kən: yelkən.
-caq2: oyuncaq, əlcək.
-pik: yelpik.
-şünas: əmtəəşünas, şərqşünas.
-gər: misgər, kimyagər
-izm: materializm, realizm, romantizm
-ist: idealist, realist
-baz: quşbaz, hoqqabaz
-iyyat: ədəbiyyat, əbədiyyət;
-iyyə:bədiiyyə, fərziyyə.
-saz: rəngsaz, saatsaz.
-kar: bəstəkar, sənətkar
-gah: səcdəgah, ibadətgah.
-ıltı: guppultu, pıçıltı.
Feildən isim düzəldən şəkilçilər
[redaktə | vikimətni redaktə et]-ış4: anlayış, baxış, duruş, çağırış və s.
-aq2 (-q, -k): yataq, daraq, sarıq, döşək, istək və s.
-ma²: qovurma, qoşma, çəkmə, süzmə, bağlama və s.
-qı4 (ğı4): pusqu, asqı, sürtkü, qurğu, bölgü və s.
-tı4: qışqırtı, çığırtı, döyüntü və s.
-ıntı4: tapıntı, qazıntı, ovuntu, tikinti və s.
-ıcı4: alıcı, seçici, bölücü, bağlayıcı, soyuducu və s.
-ı4: yazı, pozu, örtü, çəki, qorxu və s.
-ıq4: sarmaşıq, asqırıq, barışıq, danışıq, bilik, örtük və s.
-ım4 (-əm, - m): aşırım, deyim, ölüm, durum, kəsim, qırpım və s.
-maq²: qazmaq, cırmaq, çaxmaq, yemək.
-qın4, -ğın4: basqın, qaçqın, uçqun, köçkün, qırğın, yanğın və s.
-ın4, -n: əkin, səpin, biçin, axın, talan və s.
-ar2: çapar, açar, dəyər, kəsər və s.
-acaq2: dolanacaq, qanacaq, yanacaq, sığınacaq və s.
-ır, -ir: kəsir, gəlir və s.
-id, üd: keçid, öyüd və s.
-caq²: oyuncaq, bürüncək, yığıncaq, yelləncək və s.
-ınc(inç;c) sevinc, qaxınc, güvənc, tıxac və s.
-ğa(gə)süpürgə, döngə, qovurğa, bölgə və s.
-anaq2: boğanaq, döyəcək, biçənək və s.
-mac2: tutmac, yanıltmac, bulamac və s.
-maca2: tapmaca, atmaca, bilməcə və s.
-ca2: düşüncə, əyləncə və s.
-laq2: udlaq və s.
-da: sevda və s.
-kəm:görkəm
Mürəkkəb isimlər
[redaktə | vikimətni redaktə et]Mürəkkəb isimlər iki və daha artıq sözün birləşməsindən əmələ gəlir. Mürəkkəb isimləri əmələ gətirən sözlər eyni nitq hissəsinə də, müxtəlif nitq hissələrinə də aid ola bilər. Bu cəhətdən, mürəkkəb isimlərin aşağıdakı növləri var:
Mürəkkəb isimlərin əmələ gəlməsi 3 cür olur:
- Heç bir köməkçi vasitə olmadan sözlər birləşərək mürəkkəb isim əmələ gətirir.
- Mürəkkəb ismin ikinci tərəfi mənsubiyyət şəkilçili olur.
- Aralarında ha, a, ə şəkilçiləri işlənməklə feilin təkrarı ilə.
Mürəkkəb isimlər də sadə və düzəltmə isimlər kimi, bir söz (bir leksik vahid) olduğuna görə bir vurğuya malik olur. Mürəkkəb ismi əmələ gətirən sözlər birlikdə tələffüz olunur və bir yerdə yazılır.
Mürəkkəb adlar
[redaktə | vikimətni redaktə et]Birləşmələrlə ifadə olunan adlar mürəkkəb adlar hesab olunur. Mürəkkəb adlar bütövlükdə cümlənin bir mürəkkəb üzvü olur, amma mürəkkəb sözlər sadə cümlə üzvü olur.
- Ad və soyad
- Ad və ata adı
- Ad və ləqəb
- Ad və onlarla yanaşı işlənən bəy, xan, mirzə və bu kimi digər sözlər.
Əşyaların adlandırma qaydasına görə isimlər iki cür olur.
Ümumi isimlər
[redaktə | vikimətni redaktə et]Ümumi isimlər eyni cinsli əşyaların hamısına birlikdə verilən adlardır. Dünyada nəqədər müxtəlif ağac növü var. Ancaq bunların hamısında ümumi cəhət var, hamısı ağacdır. Ona görə ağac sözü bunlara verilən ümumi addır, ümumi isimdir.
Xüsusi isimlər
[redaktə | vikimətni redaktə et]Eyni cinsli əşyaları bir-birindən fərqləndirmək üçün onlara verilən xüsusi adlara xüsusi isimlər deyilir. Xüsusi isimlərin də növləri çoxdur. Onların bəziləri:
- İnsan adlarına aid xüsusi isimlər.
- Yer adlarına aid xüsusi isimlər.
- Əsər, mətbuat adlarına aid xüsusi isimlər.
- Su ilə əlaqədar xüsusi isimlər.
Xüsusi isimlər
[redaktə | vikimətni redaktə et]Eyni cinsli əşyaları bir-birindən fərqləndirmək üçün onlara verilən xüsusi adlara xüsusi isimlər deyilir. Xüsusi isimlərin də növləri də çoxdur.Onların bəziləri:
- İnsan adlarına aid xüsusi isimlər.
- Yer adlarına aid xüsusi isimlər.
- Əsər, mətbuat adlarına aid xüsusi isimlər.
İsimlərin baş hərflərinin yazılışı
[redaktə | vikimətni redaktə et]- İşlənmə yerindən asılı olmayaraq, xüsusi isimlərin baş hərfləri həmişə böyük yazılır.
- Ümumi isimlərin baş hərfləri, bir qayda olaraq, kiçik yazılır.
- Ümumi isimlərin baş hərfləri aşağıdakı hallarda böyük yazılır:
a) Cümlənin əvvəlində.
b) Bir sıra mərkəzi idarə, təşkilat adlarında.
c) Şeir misralarının başlanğıc sözünün ilk hərfi.
d) Prezident adlarında
İsimlərin kəmiyyətə görə dəyişməsi
[redaktə | vikimətni redaktə et]
Azərbaycan dilində isimlər cəm şəkilçisi qəbul edərək cəmlənir. Şəkilçisi: -lar, -lər. Cəm şəkilçisi qəbul etməmiş isimlər təkdə, cəm şəkilçisi qəbul etmiş isimlər cəmdə hesab olunur. Təkdə olan isimlər əşyanın ümumi adıdır və qrammatik cəhətdən təkdə hesab olunur; cəmdə olan isimlər isə eyni əşyanın çoxluğunu bildirir.
Xüsusi isimlərin cəmlənməsi
[redaktə | vikimətni redaktə et]Nitqdə bəzən xüsusi isimlər də cəm şəkilçisi ilə işlənir. Xüsusi isimlər cəmlənəndə də ilk hərfləri böyük yazılır: Xətailər, Vaqiflər.
Topluluq bildirən isimlər (toplu isimlər)
[redaktə | vikimətni redaktə et]İsimlərin bir qismi heç bir şəkilçi, heç bir köməkçi vasitələr olmadan topluluq bildirir. Məsələn: cəmiyyət, qoşun, naxır, dəstə, xalq, ordu, ilxı, el, alay və s. Topluluq bildirən isimlər təklik bildirən isimlərlə qarşı-qarşıya dayanır. Cəm isimlər və topluluq bildirən isimlər aşağıdakı cəhətlərdən fərqlənir:
- Cəm isimlər -lar, -lər şəkilçisi ilə formalaşır, topluluq bildirən isimlərin topluluq məzmunu onların öz daxilində olur.
- -lar, -lər şəkilçisi qəbul etmiş isimlər qrammatik cəhətdən cəmlənmiş isimlərdir, topluluq bildirən isimlər isə qrammatik cəhətdən cəm isimlər deyil.
- Topluluq bildirən isimlərə də -lar, -lər şəkilçisi əlavə edib onları cəmləndirmək olur. Məsələn, qoşunlar, partiyalar, dəstələr və s. İstisna olaraq bu toplu isimlər cəmləmir (cəm şəkilcisi qəbul etmir): camaat, əhali, şüəra(şairlər), üləma(alimlər).Əgər topluluq bildirən isimlər cəm isimlərdən fərqlənməsəydi, onlara cəm şəkilçisi əlavə etmək olmazdı.
İsimlərin mənsubiyyətə görə dəyişməsi
[redaktə | vikimətni redaktə et]İsimlər mənsubiyyət şəkilçiləri qəbul edərək sahib şəxslə mənsub əşya arasındakı əlaqəni, münasibəti bildirir. Buna görə də mənsubiyyət anlayışı normativ şəkildə iki komponentin iştirakı ilə ifadə olunur. Birinci tərəf sahib şəxsi, ikinci tərəf mənsub əşyanı bildirir. Birinci tərəf I və II şəxslərdə şəxs əvəzliyi, III şəxsdə həm şəxs əvəzliyi, həm də isimlərlə ifadə olunur. İkinci tərəf isimlərdən və isimləşmiş nitq hissələrindən ibarət olur və birinci tərəfdən asılı olaraq hər üç şəxsin mənsubiyyət şəkilçisini qəbul edir; məs[2]:
|
|
Mənsubiyyət şəkilçilərini göstərən cədvəl
Şəxslər | Şəkilçilər |
---|---|
I şəxs tək | -ım, -im, -um, -üm, -m |
I şəxs cəm | -ımız, -imiz, -umuz, -ümüz, -mız, -miz, -muz, -müz |
II şəxs tək | -ın, -in, -un, -ün, -n |
II şəxs cəm | -ınız, -iniz, -unuz, -ünüz, -nız, -niz, -nuz, -nüz |
III şəxs | -ı, -i, -u, -ü, sı, si, su, sü |
- III şəxsin cəmini bildirən mənsubiyyət şəkilçisi yoxdur.
İsimlərin hallanması
[redaktə | vikimətni redaktə et]İsim cümlədə hal şəkilçisi qəbul edərək dəyişir. Bu dəyişmə cümlədə sözlərin əlaqəsini təmin edir. İsmin belə dəyişməsinə onun hallanması deyilir. Azərbaycan dilində ismin altı halı var:
- Adlıq hal
- Yiyəlik hal
- Yönlük hal
- Təsirlik hal
- Yerlik hal
- Çıxışlıq hal
İsmin hallarını, şəkilçilərini, suallarını göstərən cədvəl
İsmin halları | İsmin hallarının şəkilçiləri | İsmin hallarının sualları |
---|---|---|
Adlıq hal | — | Kim? Nə? Hara? |
Yiyəlik hal | -ın4 | Kimin? Nəyin? Haranın? |
Yönlük hal | -a2 | Kimə? Nəyə? Haraya? |
Təsirlik hal | -ı4 | Kimi? Nəyi? Haranı? |
Yerlik hal | -da2 | Kimdə? Nədə? Harada? |
Çıxışlıq hal | -dan2 | Kimdən? Nədən? Haradan? |
Adlıq hal
[redaktə | vikimətni redaktə et]Bu halda olan isimlər ancaq əşyanın adını bildirir, onun başqa əşyaya, hərəkətə münasibətini bildirmir. Cümlədə əsasən üç mövqedə işlənir:
- Mübtəda rolunda
- Xəbər rolunda
- Xitab rolunda
İsimlər lüğətlərdə ilkin formalarında yazılır; şərti olaraq onlar adlıq halda hesab olunur.
Qeyri-müəyyən Təsirlik hal:
Təsirlik hal 2 cür olur:Qeyri-müəyyən;Müəyyən Təsirlik hal.Müəyyən təsirlik halın sualı "nə?" olur.
İsmi birləşmələr
[redaktə | vikimətni redaktə et]Həm də ismi birləşmələr də mövcuddur.İsmi birləşmələr-əsas tərəfi(yəni birinci tərəfi) isim olan söz Söz birləşmələrinə ismi birləşmələr deyilir.Məsələn:qələmin şəkili kitabın üzü və.s
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]Mənbə
[redaktə | vikimətni redaktə et]- 6-7-ci sinif Azərbaycan dili dərsliyi.
- Ş.Sadıq, E.Nəcəfov, A.Əsədov. Azərbaycan dili. Dərs vəsaiti. Bakı:Çaşıoğlu, 2009. - 272 s.
Dil haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |